Yükqaldırma Avadanlıqlarının Yoxlanması və Müayinəsi

TCS aşağıda adları çəkilən yükqaldırma avadanlıqlarının yük testi, vizual yoxlama, dağıdıcı və qeyri-dağıdıcı üsullarla yoxlanması xidmətlərini göstərir:

  • Kanat burazlar, lifli burazlar, sırğalar, rımboltlar, takelaj vintləri, lövhə sıxacları və s. kimi yükqaldırma aksesuarlarının müayinəsi və yoxlanması
  • Zəncirli tallar, qollu tallar, tirforlar, tir sıxacları kimi portativ yükqaldırma avadanlıqlarının müayinəsi və yoxlanması
  • Metal yükqaldırma konstruksiyaları, bucurğadlar, körpülü kranlar, yükqaldırma nöqtələri kimi sabit yükqaldırma avadanlıqlarının müayinəsi və yoxlanması
  • Mobil kranlar, tırtıllı kranlar, mobil qaldırıcı iş platformaları (səbətlər), çəngəlli yükləyicilər, teleskopik yükləyicilər, borudüzənlər, ekskavatorlar və s. kimi mobil yükqaldırma avadanlıqlarının müayinəsi və yoxlanması
  • Onşor və ofşor konteynerlərinin, relslərin, yük bunkerlərinin, səbətlərin, qaz qəfəslərinin (balonların daşınması üçün çərçivələrin), yük konteynerlərinin, xidməti konteynerlərin və s. müayinəsi və yoxlanması
  • Təhlükəsizlik kəmərləri, qoruyucu troslar, qaytanlar, karabinlər, statik / dinamik kəndirlər, ətalətli sarğaclar və s. kimi hündürlükdən yıxılma əleyhinə avadanlıq və sistemlərinin müayinəsi və yoxlanması
  • Boru qəfəsləri, rəflər və s. kimi metal saxlama sistemlərinin müayinəsi və yoxlanması.