HSE.az xəbər verir ki, bu barədə dünyaca məşhur İNTROS defektoskoplarının istehsalçısı olan İNTRON şirkətinin Azərbaycanda rəsmi tərəfdaşı olan “RZ-İNTER” MMC şirkəti məlumat verib. Şirkətdən verilən məlumata görə, anten dirək qurğularının kanat gərilmələrinin defektoskopiya işləri İNTRON şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Bununla da ölkə ərazisində mövcud teleradio qüllələri, habelə digər kommunikasiya qüllələri, elektrik magitral xəttlərinin müayinəsini həyata keçirmək və ekspluatasiya dövrünü uzatmaq mümkün olacaq.

“RZ-İNTER” MMC anten dirək qurğularının defektoskopiyasını aparacaq

Qeyd edək ki, İNTRON şirkəti 1988-ci ildə Rusiyada yaradılıb, 1993-cü ildə ABŞ-Rusiya birgə müəssisəsinə çevrilib.
1999-cu ildə şirkətin prezidenti V.V.Suxorukov polad kanat təqdiqatçılarının beynəlxalq təşkilatı olan OIPEEC-in Rusiya üzrə ilk üzvü olur. Şirkətin əsas fəaliyyət istiqamətləri polad kanatların, rezin buraz konveyr lentlərinin, ЛЭП kombinə olunmuş simlərin, polad rezervuarların, boru kəmərlərinin və körpülərin, kanat yollarının və digər növ beton-buraz konstruksiyalı qurğuların təxribatsız müayinələrinin (obyektin işinin dayandırılmadan onun komponentlərinin etibarlılığının yoxlanılması) həyata keçirilməsidir.